03:32 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Gəzinti qayığı Ride the Ducks

ABŞ-da 17 nəfərin ölümünün günahkarı tapıldı

© AP Photo / Charlie Riedel
DÜNYA
Qısa URL
19 0 0

Hadisə zamanı ölənlərin şəxsiyyəti açıqlanmır. Olay zamanı qayığın kapitanının da öldüyü bildirilir

BAKI, 21 iyul — Sputnik. ABŞ-da Missuri gölündə gəzinti qayığının aşması və 17 nəfər ölməsinin günahkarı tapılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, olay zamanı sağ qalan qadın kapitanın sərnişinləri xilasedici jilet geyinməyə qoymadığını bildirib.

Hadisədə 9 ailə üzvünü itirən Tia Koleman qeyd edib ki, qayığın kapitanı səyahətin gözlənilməyən hallar baş vermədən keçəcəyini bildirib və sərnişinlərin jilet geyməsinə ehtiyac olmadığını deyib.

"Mən düşünürəm ki, əgər onlar jilet geyinsəydilər, çoxunu xilas etmək mümkün olardı" deyə qadın bildirib. Onun sözlərinə görə, vəziyyət kritik hal aldığı zaman jilet geyinmək artıq gec olub.

Hadisə zamanı ölənlərin şəxsiyyəti açıqlanmır. Olay zamanı qayığın kapitanının da öldüyü bildirilir.

Xatırladaq ki, iyulun 19-da Missuri gölündə göyərtəsində 31 nəfər olan qayıq batıb. O güclü külək və pis hava şəraitinə davam gətirə bilməyib və dibə çöküb. Hadisə zamanı 17 nəfər ölüb. 7 nəfər xəstəxanaya çatdırılıb. Onlardan İkisinin vəziyyəti ağırdır.

Teqlər:
jilet, xilas, kapitan, faciə, qayıq, ABŞ

Əsas mövzular