04:37 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Amerikalı yazıçı Ernest Miller Heminquey

Dünyaya "Qoca və dəniz" bəxş edən dahi

© Foto : PUBLIC DOMAIN
DÜNYA
Qısa URL
65 0 0

İyulda doğulub, iyulda da həyatdan köçdü

BAKI, 21 iyul — Sputnik. Dünya şöhrətli amerikalı yazıçı Ernest Miller Heminquey 21 iyul 1899-cu ildə Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulub.

Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim idi.

Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərib.

Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezro Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən aşkarladığı Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində ancaq 1964-cü ildə işıq üzü görür.

Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. "Heminquey ədəbiyyat Nobelinə "Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülmüşdü. İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində "zəmanəmizin ən görkəmli yazıçılarından biri" adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən "Qoca və dəniz"in timsalında danışmışdı.

Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç zaman yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey, 2 iyul 1961-ci ildə dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Teqlər:
intihar, depressiya, "Qoca və dəniz", yazıçı, Ernest Miller Heminquey

Əsas mövzular