05:07 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Kokain

İnanılmaz səhv etdilər, 28 kilo kokaini başqa ölkəyə göndərdilər...

© AP Photo / Sakchai Lalit
DÜNYA
Qısa URL
145 0 0

Hollandiya, Ekvador və Rusiya xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində bütün şübhəlilər həbs edilib

BAKI, 21 iyul — Sputnik. Rusiya Federal Gömrük Xidməti və Federal Sərhəd Xidməti əməkdaşları Krasnodar diyarının Novorossiysk şəhərindəki limanda lövbər salan gəmidə kokain tapıblar.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 kiloqram kokain Ekvadordan gələn gəminin konteynerində tapılıb. Xüsusi xidmət orqanları dərhal kokainin alıcısı və satıcısını tapmaq üçün əməliyyata başlayıblar. Amma məlum olub ki, narkotik maddəni Rusiyada sifariş edən olmayıb.

Təhlükəsizlik orqanları müəyyənləşdiriblər ki, kokaini konteynerə 2 İsrail vətəndaşı yerləşdirib. Onlar Ekvador gəmisinin Hollandiyaya getdiyini güman ediblər. Hollandiyada narkotik maddəni gözləyənlər isə malı ala bilməyiblər.

Bundan sonra Hollandiya, Ekvador və Rusiya xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində bütün şübhəlilər həbs edilib.

Teqlər:
səhv, Ekvador, gəmi, kokain, Hollandiya, Rusiya, narkotik

Əsas mövzular