Aparteidə qalib gəlmiş insan: İnqilabın simvolu

© AP PhotoНельсон Мандела
Нельсон Мандела - Sputnik Azərbaycan
Abunə olmaq
Afrika inqilabının simvolunun 100 yaşı tamam olur

BAKI, 18 iyul — Sputnik. Nelson Mandela 1918-ci ildə 18 iyulda Cənubi Afrikanın Şərqi-Kaps əyalətində Umtaat yaxınlığında anadan olmuşdu. Mandelanın ulu babası timbu qəbiləsinin başçısı olub, onun babasının adından Mandela soyadı əmələ gəlib. Nelson adını isə o, orijinal Afrika adalarına sahib olan bütün şagirdlər kimi məktəbdə almışdı.

1940-cı ildə Mandelanı  tələbə etiraz aksiyasında iştirak etdiyi üçün Fort Hare kollecindən xaric etmişdilər. 1943-cü ildə o, Vitvatersranda universitetinə, daha sonra isə London universitetinə qəbul olur, lakin bu ali təhsil müəssisələrində diplom ala bilmir. 1989-cu ildə Mandela həbsdə olarkən Cənubi Afrika Universitetinin qiyabi şöbəsində təhsilini bitirməyə müvəffəq olur. 40-cı illərdə Mandela Afrika Milli Konqresinin Gənc liqasının lideri və Afrikanın cənubunda hökm sürən irqçiliyə qarşı fəal mübarizə aparırdı. 50-ci illərdə Mandelanı vətən xaini elan etmişdilər, lakin 1961-ci ildə o, bəraət qazanmışdı.

1964-cü ildə Mandelanı CAR-ın təhlükəsizlik əməkdaşları həbs edir və ömürlük həbs cəzasına məhkum etmişdilər. Mandelanın həbsxanada keçirtdiyi vaxt ərzində bütün dünyanı onu dəstəkləyən hərəkat bürüyür. CAR-ın prezidenti Piter Bota Mandelaya vaxtından əvvəl həbsxanadan azad olmağı təklif edir, lakin Mandela bu təklifi rədd edir və yalnız 1990-cı ildə azadlığa qovuşur. Həmin dövrdə irqçilik sistemi böhran yaşayırdı. 1993-cü ildə Nelson Mandela irqçiliyə qarşı döyüşçü kimi Nobel mükafatına layiq görülür.

1994-cü ildə o CAR-ın ilk qaradərili prezidenti olur.

CAR-ın ilk qaradərili prezidenti, Nobel mükafatının laureatı Nelson Mandela 2013-cü il dekabrın 5-dən 6-sına keçən gecə xəstəxanada ağ ciyər infeksiyasından vəfat edir. 

Xəbər lenti
0