Tramp 74 yaşında yenidən namizəd olacaq

© REUTERS / Mike Segar Избранный президент США Дональд Трамп, фото из архива
Избранный президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Donald Tramp 2016-cı ildə seçkilərdə qalib gəlib

BAKI, 15 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp  Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində bildirib.

D.Tramp seçki prosesində Demokratlar düşərgəsində ona rəqib ola biləcək namizəd görmədiyini qeyd edib: "Mən rəqib görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur… Onlarda düzgün namizəd yoxdur".

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə seçkilərdə qalib gəlib. O zaman onun 70 yaşı var idi. 2020-ci ildə isə Trampın 74 yaşı olacaq.

Xəbər lenti
0