Finlandiyanı bağladılar: Putin-Tramp görüşünə hazırlıq gedir

© REUTERS / Leonhard FoegerHelsinkidəki Prezident sarayı qarşısında dayanmış polis avtomobili, 14 iyul 2018-ci il
Helsinkidəki Prezident sarayı qarşısında dayanmış polis avtomobili, 14 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bu müddət ərzində Finlandiyaya ancaq Şengen bölgəsinin vətəndaşları daxil ola biləcək

BAKI, 14 iyul — Sputnik. Finlandiya hökuməti Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında 16 iyunda Helsinkidə baş tutacaq görüşə ciddi hazırlaşır. Paytaxtda prezidentlərin görüşü ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülür.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşlə bağlı “sərhəd nəzarəti” həyata keçirilir. “Sərhəd nəzarəti” bu gün saat 12:00-dən başlayaraq, çərşənbə axşamına kimi davam edəcək. Bu müddət ərzində Finlandiyaya ancaq Şengen bölgəsinin vətəndaşları daxil ola biləcək.

Finlandiya Avropa İttifaqının keçici rəhbəri olduğu müddətdə də xarici işlər nazirləri və dövlət rəhbərlərinin toplantısında da bu cür nəzarət həyata keçirmişdi.

Qeyd edək ki, prezidentlər iki ölkə arasında münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

Xəbər lenti
0