17:18 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Türkiyədə xüsusi təyinatlı, arxiv şəkli

MİT-dən nəfəs kəsən əməliyyat: FETÖ-nün "Azərbaycan kassası" qandalda Türkiyəyə aparıldı

© REUTERS / Huseyin Aldemir
DÜNYA
Qısa URL
1454 0 0

FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Salih Zəki İgid isə Ukraynada yaxalanaraq bu gün günortadan sonra xüsusi təyyarə ilə İstanbula aparılıb

BAKI, 12 iyul — Sputnik. Türkiyənin Milli İstihbarat (kəşfiyyat) Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində əməliyyatları davam etdirir. MİT, barələrində axtarış elan edilən daha iki terrorçunu xaricdə tutaraq Türkiyəyə aparıb.

İsa Özdəmir
İsa Özdəmir

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Salih Zəki İgid isə Ukraynada yaxalanaraq bu gün günortadan sonra xüsusi təyyarə ilə İstanbula aparılıb.

Salih Zəki İgid
Salih Zəki İgid

Silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə FETÖ nümayəndələri barəsində axtarış elan edilib.

FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Özdəmirin FETÖ-nün "Azərbaycan kassası" olaraq da xidmət etdiyi bildirilib. O, "Avro 2000" firmasının sahibi olub.

Ukraynada yaxalanan FETÖ üzvü Saleh Zəki İgidin isə Mersində terror təşkilatına bağlı iş adamlarının imamlığını həyata keçirdiyi müəyyənləşdirilib. Onun Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçdığı müəyyən edilib.

Teqlər:
FETÖ, Milli İstihbarat Təşkilatı, Ukrayna, Türkiyə, həbs

Əsas mövzular