16:44 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Yanopiyada leysan yağışları

Yaponiyada leysan yağışlar: 50 ölü, 47 itkin

© Photo : Kyodo via REUTERS
DÜNYA
Qısa URL
49 0 0

Ölkənin 7 prefekturası təbii fəlakət zonası elan edilib

BAKI, 7 iyul — Sputnik. Yaponiyada baş verən leysan yağışları nəticəsində 50 nəfər ölüb, 47 nəfər isə itkin düşmüş hesab olunur. Spuntik Azərbaycan xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hazırda leysan yağışlarının fəsadlarının aradan qaldırılması və əhalinin təbii fəlakət zonasından xilas edilməsi üçün özünümüdafiə, polis və yanğından müdafiə xidmətinin 48 min üzvü cəlb olunub.

Ölkənin baş naziri Sindzo Abe leysan yağışlarından əziyyət çəkən rayonlarda vəziyyəti "olduqca ciddi" adlandırıb.

Qeyd edək ki, cümə günü Yaponiyanın mərkəzi və cənub-qərbi hissəsinə yağışlar yağmağa başlayıb. Ölkənin 7 prefekturası təbii fəlakət zonası elan edilib.

Teqlər:
prefektura, itkin, ölü, daşqın, sel, leysan, Yaponiya

Əsas mövzular