23:59 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
361 0 0

Jirinovski mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti əsasında qatılacaq

BAKI, 7 iyul — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) partiyasının sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 9-da baş tutacaq inauqurasiya mərasiminə qatılacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Jirinovski mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti əsasında qatılacaq. Onun rəhbərlik etdiyi nümayəndə heyətində həmçinin deputatlar Vasiliy Vlasov, Dmitri Savelyev, Boris Çernışov və LDPR-ın fraksiya aparatının rəhbərinin müavini Stansislav Paxomov daxildir.

Rusiya baş naziri Dmitri Medvedev isə ölkə prezidenti Vladimir Putinin tapşırığı ilə Ərdoğanın inauqurasiya mərasiminə qatılacaq Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaq halında getdiyinə görə MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07 — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Teqlər:
səfər, prezident seçkiləri, andiçmə mərasimi, Rəcəb Tayyib Ərdoğan, Dmitri Medvedev, Vladimir Jirinovski

Əsas mövzular