22:16 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
ABŞ prezidenti Donald Tramp

Trampdan müşavirlərinə şok sual: "Venesuelanı işğal edə bilərikmi?"

© REUTERS / Joshua Roberts
DÜNYA
Qısa URL
47 0 0

Trampın 2017-ci ildə Venesuelanın işğalı haqqında müşavirlərinə suallar verdiyi irəli sürülüb

BAKI, 7 iyul — Sputnik. ABŞ prezidenti Donald Trampın bir toplantıda müşavirlərinə Venesuelanı işğal edib-edə bilməyəcəkləri ilə bağlı sual verdiyi iddia edilir.

Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, "CNN" televiziyanın xəbərində Trampın 2017-ci ildə Venesuelanın işğalı haqqında müşavirlərinə suallar verdiyi irəli sürülüb.

Müşavirlər isə Venesuelanın işğalı məsələsinə mənfi reaksiya göstəriblər. Onlar Trampa deyiblər ki, Venesuelaya qarşı hər hansı bir hərbi müdaxilə ABŞ üçün ağır olacaq və müttəfiq ölkələrə bu hərəkəti anlada bilməzlər.

ABŞ-ın hazırki dövlət katibi Mayk Pompeonun da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru olduğu dövrdə Venesuela hökumətini devirmək üçün bölgədəki Meksika və Kolumbiya ilə əməkdaşlıq etdiklərini söyləyib.

Qeyd edək ki, Vaşinqton rəhbərliyi hazırda Venesuelaya qarşı çoxsaylı sanksiyalar tətbiq edir.

Teqlər:
Mayk Pompeo, Mərkəzi Kəşfiyyat İdarəsi, işğal, Venesuela, ABŞ prezidenti Donald Tramp

Əsas mövzular