22:04 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
111322

Arıları qorumaq üçün digər bir üsul isə bağçada çox sayda çiçək əkməkdir

BAKI, 23 iyun — Sputnik. Həyatı boyu təbiət üçün könüllü şəkildə çalışan 92 yaşlı Devid Attenborq, arıların nəslinin tükənməsi ilə bağlı araşdırma apararaq, dünyaya ciddi mesaj verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Devid Attenborqun fikrincə, arıların nəsli kəsiləndən sonra insanlar sadəcə 4 il yaşaya bilərlər.

Attenborq bildirib ki, arılar da yorulur. Yuvalarına getməyə gücləri qalmır. Buna görə də hər kəs öz bağçasında bir qaşıq şəkər tozu və su qarışığı qoymalıdır: "Yemək qaşığına şəkər əlavə edib su ilə qarışdırın. Bunu hər kəs öz bağçasında qoymalıdır. Bu qarışıq arıların öz yuvalarına getmək üçün ehtiyacları olan gücü qazandıracaq".

Arıları qorumaq üçün digər bir üsul isə bağçada çox sayda çiçək əkməkdir.

Teqlər:
Yuva, şəkər, arı, ölüm, su, araşdırma

Əsas mövzular