19:18 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Qalust Saakyan, Serj Sarqsyan və Manvel Qriqoryan

Ermənistanda "sürünən çevriliş" və ya "milli qəhrəman"ın biabırçı sonu

© Sputnik / Karen Yepremyan
DÜNYA
Qısa URL
627 0 0

Manvel Qriqoryan Ermənistan parlamentinin deputatı, "Yerkrapa" könüllülər ittifaqının sədri, keçmiş iqtidardakı Respublikaçı partiyanın üzvü, müdafiə nazirinin sabiq müavinidir

BAKI, 17 iyun — Sputnik. Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan və Don Pipo kimi tanınan kriminal avtoritet Artur Asatryan Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıblar. Bu barədə Sputnik Ermənistan xəbər yayıb. 

Məlumata əsasən, həbslər Eçmiədzin şəhərində iki fərqli cinayət işi üzrə keçirilən tədbirlər zamanı həyata keçirilib. Axtarış zamanı əməliyyatçılar böyük miqdarda silah və sursat ələ keçiriblər.

Manvel Qriqoryana gəldikdə söhbət Ermənistan CM-nin 235-ci maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulmuş cinayətdən gedir (bir qrup şəxs tərəfindən öncədən razılaşdırılaraq qeyri-qanuni şəkildə odlu silahın əldə edilməsi və saxlanılması). Qriqoryan parlamentin deputatı olduğu üçün MTX Milli Məclis sədrinə həbsin Ermənistan konstitusiyasının 96-cı maddəsinə (deputat toxunulmazlığı ilə bağlı məsələləri tənzimləyir) uyğun şəkildə həyata keçirildiyi barədə məlumat verib. 

Artur Asatryana (Don Pipo) gəldikdə isə onun saxlanılması elə ona qarşı sui-qəsd cəhdi ilə bağlı açılmış cinayət işi çərçivəsində həyata keçirilib.

"Asatryanın həyatına sui-qəsd təşkil etmək istəyən şəxslərin oğurlanması faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində onun villasında axtarış həyata keçirilib və silah-sursat aşkar edilib", — məlumatda deyilir.

Beləliklə, Artur Asatryan üç nəfəri zorakılıq tətbiq edərək oğurlamaqda və qeyri-qanuni şəkildə silah-sursat əldə edərək saxlamaqda ittiham edilir.

"Bu cinyət işi çərçivəsində Rusiya vətəndaşı olan 4 nəfər də sxlanılıb", — məlumatda bildirili.

Manvel Qriqoryan Ermənistan parlamentinin deputatı, "Yerkrapa" könüllülər ittifaqının sədri, keçmiş iqtidardakı Respublikaçı partiyanın üzvü, müdafiə nazirinin sabiq müavinidir. Ölkədə ən nüfuzlu şəxslərdən sayılır. 2016-cı il aprel döyüşlərinədək Ermənistanda "milli qəhrəman" sayılıb. Lakin aprel döyüşlərində şəxsən iştirtak edən Qriqoryanın uğursuzluqları, eyni zamanda həmin döyüşlərin fonunda I Qarabağ müharibəsi zamanı etdiyi cinayətlərin və fırıldaqçı hərəkətlərin yada salınması onun nüfuzuna xələl gətirib. 

Don Pipo ləqəbli Artur Asatryan isə uzun müddət İtaliyada yaşayıb. Bir neçə gün əvvəl Don Piponun təşkilatçılığı ilə Eçmiədzində keçirilən mitinqdə şəhərin meri və bölgənin hakimi-mütləqi sayılan Karen Qriqoryana qarşı mitinq keçirilib. Maraqlıdır ki, Karen Qriqoryan dünən həbs olunan Manvel Qriqoryanın oğludur. Mitinqdə baş nazir Nikol Paşinyanın şəkilləri və "məxməri inqilab"ın bəzi simvolları qaldırılıb.

Cavab olaraq Nikol Paşinyan bəyan edib ki, kriminal elementlər tərəfindən inqilabın simvollarının istifadə edilməsinə imkan verməyəcək.

Əlaqədar

Kreml İlham Əliyevlə Nikol Paşinyanın görüşü ehtimalını dəyərləndirdi
Müdafiə naziri Nikol Paşinyanın cavabını verdi: "Azərbaycan ordusu..."
Vladimir Putin Ermənistan baş nazirini Azərbaycan prezidentinə təqdim edib
Həmsədrlər Ermənistan səfəri barədə bəyanat yaydılar

Əsas mövzular