06:42 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9921
  • RUB0.0233
DÜNYA
Qısa URL
95 0 0

Suriya konstitusiya komitəsinin yaradılması üçün Türkiyə, Rusiya və İrandan səlahiyyətli şəxslər bir araya gələcəklər

BAKI, 14 iyun — Sputnik. BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura Suriya konstitusiya komitəsinin yaradılması üçün Türkiyə, Rusiya və İrandan səlahiyyətli şəxslərin bir araya gələcəklərini açıqlayıb.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Staffan de Mistura Türkiyə, İran və Rusiyadan rəsmilərin 18-19 iyunda Cenevrədə Suriya konstitusiya komitəsinin yaradılmasını müzakirə etmək üçün bir araya gələcəklərini açıqlayıb.

Suriyanın yeni konstitusiyasını qələmə alacaq komitənin üzvlərini də Misturanın seçməsi nəzərdə tutulur. Yeni konstitusiyanın müharibədən sonra siyasi islahat prosesi çərçivəsində keçiriləcək seçkilər üçün ilk addımı yaratması nəzərdə tutulur.

Əsas mövzular