21:04 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Акция протеста в Тбилиси

Həbslər, ittihamlar: Gürcüstanda nə baş verir?

© Sputnik / Denis Aslanov
DÜNYA
Qısa URL
1860 0 0

Parlament üzvü Azər Süleymanov Elçin Allahverdiyevdən sosial şəbəkədə canlı yayımlanan videomüraciəti kimin sifarişi ilə etdiyinə dair izahat tələb edib

BAKI, 13 iyun — Sputnik. Gürcüstan prokurorluğu Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat” Partiyasından olan deputatı Azər Süleymanovu Marneuli (Kvemo Kartli regionu) sakini Elçin Allahverdiyevə qarşı zor tətbiq etməkdə günahlandırıb. 

Bu istiqamətdə araşdırma, jurnalist araşdırması ilə məşğul olan “Monitor studiyası” Tbilisidə keçirilən etiraz aksiyaları zamanı hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının rəhbəri, milyarder Bidzina İvanişvili və Marneuli meri Temur Abazovun ünvanına senzuradankənar ifadələr işlədən Marneuli sakinlərinə necə divan tutulduğu barədə süjeti yayımlayandan sonra başlayıb. 

"Parlament üzvü Azər Süleymanov Elçin Allahverdiyevdən sosial şəbəkədə canlı yayımlanan videomüraciəti kimin sifarişi ilə etdiyinə dair izahat tələb edib. Nəticədə Azər Süleymanov, Ramin Allahverdiyev (Marneuli rayon şurasının hakim partiyadan olan deputatı) və vətəndaş E.Q. Elçin Allahverdiyevi fiziki cəhətdən təhqir ediblər” – deyə prokurorluğun saytında bildirilir.  

Prokurorluğun məlumatına görə, hadisə Milli Hərəkatın ofisində baş verib. Daha sonra Elçin Allahverdiyevi restoranlardan birinə gətiriblər. Orada onu mer Abazov gözləyib. Abazov burada onun üzünə tüpürüb və onu vurub. Sonra isə ondan tələb edib ki, internetdə canlı yayıma qoşularaq əvvəllər verdiyi bəyanata görə üzr istəsin və öz arvadını təhqir eləsin. 

Hər şey onunla bitib ki, Elçin Allahverdiyevi kamera qarşısında öz sidiyi ilə yuyunmağa məcbur ediblər. 

Bu gün səhər Marneuli meri Abazovun saxlandığı barədə məlumat yayılıb. Onu “məmur və ya ona bərabər tutulan şəxs və ya şəxslər qrupu tərəfindən törədilmiş alçaldıcı və ya qeyri-insani rəftar”da günahlandırırlar. Bu ittihamla Abazovu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

Ramin Allahverdiyev və vətəndaş E.Q.-ya qarşı isə “bir qrup şəxs tərəfindən törədilmiş zorakılıq” maddəsi ilə cinayət işi açılıb. Onları cərimə və ya 180 saatdan 240 saatadək ictimai-faydalı işlər, yaxud da 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Azər Süleymanov da eyni maddə ilə ittiham olunsa da, deputat toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. 

Azər Süleymanov isə öz növbəsində APA-ya bildirib ki, Marneulidə yerli sakinin alçaldılması ilə bağlı insidentdən xəbəri yoxdur.

O, insidentin qurbanını Marneuli sakini kimi tanıdığını söyləyib: “Bu, insafsızlıqdır. Kimsə İvanişvili və “Gürcü Arzusu”nun üzvünü təhqir edib və bunu “Vahid Milli Hərəkat” Partiyasının üzərinə atırlar. İnsidentin qurbanı olan şəxs barədə yalnız onu bilirəm ki, o, bir neçə il “Gürcü Arzusu”nun üzvü olub və bütün seçkilərdə bizim əleyhimizə iş aparıb. Həmin şəxsin döyülməsi insafsızlıqdır. O, mənim ofisimdə olub və mən ondan partiyamız adından niyə danışdığını soruşdum. Ona qarşı fiziki təzyiq olmayıb. Ofisdə çoxlu insan vardı. Söhbətdən sonra o, getdi. Bundan sonra nə baş verdiyini bilmirəm. Ona qarşı fiziki təzyiqi istisna edirəm. Onun ofisdən kiminlə çıxdığını bilmirəm”.

Gürcüstanın Baş Prokurorluğu Azər Süleymanovdan girov tələb edib.

Əlaqədar

Ermənistan Gürcüstanın yolunu tutdu: “Qanuni oğrulara” qarşı böyük əməliyyat
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir
Gürcüstanda azərbaycanlı tələbənin meyiti tapılıb - FOTO
Oqtay Əsədov Gürcüstan xalqını təbrikə gedir

Əsas mövzular