02:17 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Gənə

Balaca bir həşərat qadını lal, kor etdi...

© Sputnik / Igor Zarembo
DÜNYA
Qısa URL
487 0 0

Bu xəstəlik zamanında müalicə edilmədiyi təqdirdə xəstəni əlil edir və ya öldürür

BAKI, 10 iyun — Sputnik. Gənə dişləməsi britaniyalı qadını iki illik müddətə lal edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Denbişir qraflığında yaşayan Reyçel Foulks Devisi 2015-ci ilin iyun ayında öz bağında gənə dişləyib. Bir neçə gün keçdikdən 43 yaşlı qadının üzü aşağı doğru sürüşməyə başlayıb və o dodaqlarında hissetməni itirib.

Əvvəlcə həkimlər ona Bella iflici diaqnozu qoyublar. Amma 7 aylıq müalicə nəticə verməyib və o, zamanla danışma qabiliyyətini itirib. Bununla yanaşı, qadın gözünü də yuma bilmirmiş.

Həkimə yenidən müalicə edən qadının gözü bağlanılıb və bir neçə saatdan sonra evə buraxılıb.

Devis bahalı müayinələrdən keçib və müəyyən edilib ki, o, gənə dişləməsi nəticəsində meydana gələn Layma xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik zamanında müalicə edilmədiyi təqdirdə xəstəni əlil edir və ya öldürür.

Yerli həkimlər qadının müayinə nəticələri ilə razılaşmayıblar və bildiriblər ki, bu xəstəlik Uelsdə yayılmış xəstəlik deyil. Onlar qadına müalicə təyin etsələr də, bunu rəsmən qeydə almayıblar və sığortalamayıblar.

"Mən iki il danışa bilmədim. Yemək olaraq isə sup və püre yeyirdim. Çox yorulmuşam və artıq heç nəyə gücüm qalmayıb" deyə qadın bildirir. Onun sözlərinə görə, yorulanda və ya bir qədəh şərab içəndən sonra üzü sərtləşir, yemək yeyəndə isə gözü atır.

Teqlər:
həkim, xəstəlik, kor, lal, qadın, gənə

Əsas mövzular