09:45 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Vladimir Putin və Donald Tramp

Putin və Trampın görüş yeri məlum oldu

© AP Photo / Evan Vucci
DÜNYA
Qısa URL
99 0 0

Prezidentlər son telefon danışığı zamanı belə bir görüşün vacibliyini müzakirə ediblər

BAKI, 9 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Vyanada görüşməyə hazırlaşırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, prezidentlər son telefon danışığı zamanı belə bir görüşün vacibliyini müzakirə ediblər: “Onların görüş yeri Vyana ola bilər”.

Bununla yanaşı, o, qeyd edib ki, görüş yeri kimi başqa şəhərlər də nəzərdən keçirilir.

Qeyd edək ki, bundan əvvəl Putin və Trampın mümkün görüşü ilə bağlı The Wall Street Journal xəbər verib. İddiaya görə, görüş bu yay baş tuta bilər.

Liderlər arasında ilk görüş təxminən bir il əvvəl – 2017-ci il iyulun 7-də olub.

Teqlər:
Vyana, görüş, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin

Əsas mövzular