03:03 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Пластиковые бутылки, фото из архива

Plastik qablar qadağan ediləcək

CC BY 2.0 / Mr.TinDC / Recycling Water Bottles
DÜNYA
Qısa URL
343 0 0

Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaqlar

BAKI, 28 may — Sputnik. Avropa İttifaqı (Aİ) dünya okeanının çirklənməsinə səbəb olan birdəfəlik istifadə edilən plastik məhsullara (plastik qab, qaşıq, çəngəl, boşqab, qulaq çöpü və s.) məhdudiyyətin qoyulmasını təklif edib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Avropa Komissiyası bu məhsullarla bağlı yeni qaydaların gətirilməsini təklif edib. Təklifə əsasən, uyğun qiymətə alternativlərinin olduğu plastik məhsulların satışı qadağan olunacaq.

Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaqlar.

Təklif görə, Aİ üzvü ölkələr 2025-ci ilədək plastik qabların 90 faizini toplamaq məcburiyyətində olacaq.

Təklifin qanuniləşməsi üçün Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti arasında üçtərəfli görüş keçiriləcək. Razılıq olarsa, təklif qüvvəyə minəcək.

Teqlər:
çirklənmə, plastik qablar, qadağa, Avropa İttifaqı

Əsas mövzular