06:08 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
741 0 0

Güman edilir ki, ekzotik ilan sahibindən qaçıb

BAKI, 27 may — Sputnik. İngiltərənin Şeffild şəhər sakini səhər yeməyi zamanı dəhşətli hadisə ilə qarşılaşıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kişi qarğıdalıdan hazırlanmış səhər yeməyi yemək üçün qutunu şkafdan götürüb stolun üzərinə qoyub. Bu zaman qutudan bir metr uzunluğunda ilan çıxıb. İlan qabyuyan maşının üzərinə düşüb. Çaşan kişi isə heyvanların qəddar davranışlardan müdafiə mərkəzinə müraciət edib.

"Məncə o qarğıdalı yemək istəyirmiş" deyə qurumun əməkdaşı Keti Hetxerinqton deyib. O, ilanı ovlayıb və mütəxəssislərə verib.

Güman edilir ki, ekzotik ilan sahibindən qaçıb. Hazırda ilanın sahibi axtarılır.

Teqlər:
yemək, ilan, İngiltərə

Əsas mövzular