02:02 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Konçita

Onu bir də belə görün... – FOTO

© Foto: Instagram / conchitawurst
DÜNYA
Qısa URL
84201

O etiraf edib ki, daha qadın paltarları və aksessuarlarından istifadə etmək istəmir

BAKI, 26 may — Sputnik. Konçita Vurst tanınmayacaq qədər dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bir neçə il öncə “Avroviziya” müsabiqəsində Konçita Vurst obrazı qalib gələn avstriyalı müğənni Tom Noyvirt imicini bütünlüklə dəyişib və daha çox kişi görkəmi alıb.

O, etiraf edib ki, daha qadın paltarları və aksessuarlarından istifadə etmək istəmir.

 

"Mən nə istəyirəmsə, onu edirəm və necə istəyirəmsə elə də geyinirəm. Və mən indi kişi kimi görünmək istəyirəm" – deyə “Avroviziya” qalibi bildirib.

Ulduzun bir çox fanatı şəklin altında Konçita Vurstun onlar üçün öldüyünü qeyd edib.

Xatırladaq ki, Tom Noyvirt Konçita Vurst obrazı ilə 2014-cü ildə Kopenhagendə “Avroviziya” müsabiqəsində qələbə çalıb.

Teqlər:
Konçita Vurst, imic, "Avroviziya" mahnı müsabiqəsi, kişi

Əsas mövzular