Övladın edə biləcəyi sonuncu əməl: Pula görə analarını 10 il dəfn etmədilər

CC0 / byrev / Fingerprint Barmaq izi, arxiv şəkli
Barmaq izi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Övladları 70 yaşlı qadını mumiyalayaraq 10 il evdə saxlayıblar

BAKI, 26 may — Sputnik. Hindistanda beş kişi və bir qadın 70 yaşında ölən analarının dövlətdən aldığı pulun kəsilməməsi üçün onu öləndən sonra dəfn etməyiblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, övladları 70 yaşlı qadını mumiyalayaraq 10 il evdə saxlayıblar. Müddət keçdikcə qadının bədənini kimyəvi maddələr ilə yuyaraq onun cəsədinin çürüməsinə imkan verməyiblər.

Qadın əri öləndən sonra onun 234 dollar əmək haqqını öz adına keçirərək alırmış. Maaş alınması üçün barmaq izləri vacib olduğu üçün övladları hər ay ananın barmaq izindən istifadə edirlərmiş.

Amma az müddət öncə qonşuları qadının öldüyündən şübhələniblər və polisə müraciət ediblər. Polis işi araşdıran zaman həqiqət üzə çıxıb.

Xəbər lenti
0