Qorxu filmi reallıq oldu: Ailə evdə ruh ilə birlikdə yaşayır

Abunə olmaq
Vəziyyət o həddə çatıb ki, artıq heç kim ailəni ziyarətə gəlmək istəmir

BAKI, 17 may — Sputnik. İngiltərədə oğulları ilə birlikdə yaşayan cütlük neçə illərdir evlərində qəribə hadisələrin baş verdiyini hiss edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Robert və Paulina cütlüyü Barry adlı oğulları ilə Gravesend adlı şəhərdə yaşayır. Evdə baş verən paranormal hadisələrdən bezən ailə evdə kamera quraşdırıb və baş verənləri qeydə alıb. Ailə soyadını gizlədib ki, kabus ovçuları onları tapmasın.

Onlar qeyd ediblər ki, dəfələrlə evdə səs-küyə oyanıblar. Qadın iddia edir ki, qara kölgə evdə onu izləyir və bir neçə dəfə oyandıqda aşağı mərtəbədə otaqların dağınıq vəziyyətdə olduğunu görüblər.

Vəziyyət o həddə çatıb ki, artıq heç kim ailəni ziyarətə gəlmək istəmir.

Xəbər lenti
0