Qatil-manyak həbs edildi

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, ömrünün böyük hissəsini həbsxaanda keçirib

BAKI, 9 may — Sputnik. Üç dəfə çoxsaylı qətllər və digər ağır cinayətlərə görə həbs edilmiş manyak-qatil Mikael Pentilya növbəti qətllə əlaqədar dördüncü dəfə Helsinkidə həbs edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat verib. Qatil Mikael Pentilya ömrünün böyük hissəsini həbsxanada keçirib.

İlk dəfə o, 12 yaşlı qızı qəddarcasına boğaraq öldürdüyü üçün həbs edilmişdi.

Birinci qurbanının istintaqı zamanı Pentilya doğma anasını da öldürdüyünü etiraf edib. Cəzasını çəkdikdən sonra 1992 ci ildə yenidən 43 yaşlı qadını öldürdüyü üçün həbs edilib. 2009-cu ildə azadlığa çıxıb və hücumlarına davam edib. Onun qurbanlarıl arasında daha 3 qadın olub. 2016 –cı ildə azadlığa çıxan Pentilya yenidən mayın 6-da Helsinkidə 52 yaşlı qadının ölümündə şübhəli bildindiynə görə həbs edilib.

Xəbər lenti
0