04:30 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
223 0 0

Komitə baş verənlərin ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura biləcəyindən ehtiyatlanır

BAKI, 2 may — Sputnik. Ermənistan Dövlət Gəlirləri Komitəsi etiraz aksiyaları ilə əlaqədar olaraq ölkəyə qida məhsulları gətirən yük maşınlarına yaradılan maneələrlə bağlı narahatlığını ifadə edib.

Sputnik Ermənistan xəbər verir ki, komitə baş verənlərin ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura biləcəyindən ehtiyatlanır.

“Bütün bunlar narahatlıq doğurur. Çünki yük maşınlarının ölkəyə daxil olması və gömrük rəsmiləşdirilməsi zamanı problemlər yaranır ki, bu da ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura bilər. Gömrük orqanları bütün aksiya iştirakçılarını bu narahatedici faktı nəzərə almağa və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən irəli gələrək yük maşınlarının hərəkətinə və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə mane olmamağa çağırır” – deyə komitənin yaydığı məlumatda bildirilir.

Komitədən bildirilib ki, yük maşınlarının Ermənistan ərazisinə daxil ola bilməyərək geri qayıtmasına dair hallar qeydə alınıb.

Bu arada Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına daxil olaraq orada nəzarəti ələ keçiriblər. Onlar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qoşulmalarını tələb edirlər.

Gümrü şəhərində bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir.

Bu arada Ermənistan baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan ölkədə bütün siyasi güclərə müraciət edərək onları danışıqlar masasına oturmağa dəvət edib: “Biz hamımız anlayırıq ki, çətin görünməsinə baxmayaraq bu siyasi böhranı aşmaq üçün sivil və praktiki qərarlara ehtiyac var. Baş naziri yalnız parlamentdə, Konstitusiya yolu ilə seçmək olar. Nə nəzəri, nə də praktiki olaraq digər həll yolu yoxdur”.

Qeyd edək ki, mayın 2-si səhər saatlarından etibarən Ermənistanda kütləvi aksiyalar keçirilir, küçələr, hava limanına gedən yol bağlanılıb, nəqliyyatın və metronun hərəkəti məhdudlaşdırılıb.

Əlaqədar

Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar...
Ermənistan parlamentində qalmaqal qopdu
Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı
Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”
Ermənistan qaynayır, tanınmış şəxs qətlə yetirildi
Teqlər:
maneə, qıtlıq, xəbərdarlıq, gömrük, ərzaq, Ermənistan

Əsas mövzular