02:42 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
34701

ABŞ və İsrail qırıcıları Əsədə bağlı ordu və hərbi obyektləri bombalayıb

BAKI, 30 aprel — Sputnik. Suriyanın Deyr əz-Zor əyalətində PYD/PKK terrorçuları ilə Bəşər Əsədə bağlı ordu arasında şiddətli toqquşmalar baş verib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Suriya ordusu hücuma keçərək Deyr əz-Zor əyalətində bir sıra kəndləri ələ keçirib.

Bundan sonra PYD/PKK yaraqlıları bu kəndləri geri qaytarmaq üçün hücuma keçiblər. Terrorçulara ABŞ hərbçiləri də dəstək verib. Beləliklə, PYD/PKK terrorçuları ABŞ qırıcıları və vertolyotlarının dəstəyi ilə həmin kəndləri geri alıblar.

Toqquşmalarda rejim tərəfdarı qüvvələrdən ən az 20 nəfər, PYD/PKK tərəfdən isə 5 terrorçu ölüb.

Qeyd edək ki, Suriyanın ən böyük enerji yataqları Deyr əz-Zorda yerləşir. Hazırda Deyr əz-Zorda, Fərat çayının şərqinə PYD/PKK, qərbinə Əsəd rejimi, cənubundakı dar bir sahəyə isə İŞİD nəzarət edir.

Bu arada, Suriyada bəzi obyektlərə hava zərbələri endirilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İsrail mətbuatında hücumların İsrail qırıcıları tərəfindən həyata keçirilməsi barədə məlumatlar yer alıb.

Hücumlardan sonra yanğın baş verib. Hadisə nəticəsində 38 nəfərin öldüyü, 57 nəfərin yaralandığı bildirilir. Partlayışların təsirindən 2,6 bal gücündə zəlzələ baş verib.

Əlaqədar

İsrail: İran Suriyada 80 min silahlı milis saxlayır
Makron Trampı fikrindən döndərdi, Ağ Evin Suriya qərarı dəyişdi
Politoloq: “Fransa elə güclü ölkə deyil ki, Türkiyəni Suriyadan sıxışdıra bilsin”
Uşaqlar - Suriyadakı müharibənin əsas qurbanları
Daha bir ölkə Suriyaya ordu yeridə bilər
Teqlər:
Deyr əz-Zor, Sputnik Azərbaycan, PYD, PKK, Bəşər Əsəd, İsrail, Suriya, bomba, ABŞ, terrorçu

Əsas mövzular