Karaoke klubda 18 nəfər yanıb öldü

© AFP 2023 / FREDERIC J. BROWNÇində təcili yardım avtomobili, arxiv şəkli
Çində təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərin saylarının artacağı istisna edilmir

BAKI, 25 aprel — Sputnik. Çinin Quanqdonq əyalətinə yaxın olan Qingyuan kəndində karaoke klubda faciə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda yanğın zamanı 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

Mütəxəssislər bildirib ki, yanğın şəxs və ya şəxslər tərəfindən qəsdən törədilib. Karaoke klubunda mahnı oxuyaraq əylənən insanlar 3 mərtəbəli binada qəfil yaranan yanğından canlarını qurtara bilməyiblər.

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım gəlsə də, bir çoxlarının həyatını xilas etmək mümkün olmayıb. Ölənlərin saylarının artacağı istisna edilmir.

Xəbər lenti
0