16:01 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Ermənistanda aksiya iştirakçıları

Vəziyyət gərginləşir: Həbslər davam edir, insanlar mərkəzə toplaşır

© Sputnik / Ashot Safaryan
DÜNYA
Qısa URL
257 0 0

Son məlumatlara görə, aksiyanın dağıdılması zaman 200-dən çox nümayişçi saxlanılıb

BAKI, 22 aprel — Sputnik. Ermənistanda vəziyyət getdikcə pisləşir. Sputnik Ermənistan xəbər verir ki, prezident Armen Sarkisyan ölkədəki vəziyyətin təhlükəli hal aldığını bəyan edib.

Sarkisyan etirazçıları təmkinli olmağa çağırıb: "Ölkəmizdə baş verən proseslər təhlükəli həddə çatıb. Bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən gün əldə olunmuş razılaşmanın əksinə olaraq, danışıqlar pozuldu, halbuki, bu, vəziyyəti sakitləşdirə və gərginliyi azalda bilərdi".

Son məlumatlara görə, aksiyanın dağıdılması zaman 200-dən çox nümayişçi saxlanılıb. Onların arasında müxalifət lideri Nikol Paşinyan və daha bir neçə deputat var. Onların harada saxlanıldığı məlum deyil.

İnsanlar isə geri çəkilmək niyyətində deyillər. Minlərlə adam Respublika Meydanına axışır. Yerevanın mərkəzi meydanında "Mənim addımım" hərəkatının mitinqi keçiriləcək.

 <>

Teqlər:
həbslər, aksiya, Ermənistan

Əsas mövzular