17:05 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
Ermənistanda etiraz aksiyaları (35)
681 0 0

Son məlumatlara görə, polislər özlərini son dərəcə sərt və hətta qəddar aparırlar

BAKI, 22 aprel — Sputnik. Ermənistan müxalifətinin lideri Nikol Paşinyan həbs edilib. Sputnik Ermənistan xəbər verir ki, müxalifət lideri Yerevanın Erebuni rayonunda həbs olunub.

Polis və maskalı şəxslər nümayişçilərə hücum edərək, mitinqin dağıdılmasına başlayıblar. Nikol Paşinyan və bir neçə mitinqçi naməlum istiqamətə aparılıb. Nümayişin dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edilib. Nümayişçilər isə polislərə daş və butulkalar atıblar.

Son məlumatlara görə, polislər özlərini son dərəcə sərt və hətta qəddar aparırlar. Paytaxtda küçələr bağlanılıb, mitinq iştirakçılarının həbsinə başlanılıb.

Qeyd edək ki, mitinqin dağıdılması Nikol Paşinyan və Serj Sarqsyan arasında keçirilən uğursuz danışıqdan 1.5 saat sonra başlayıb. Danışıqlar zamanı Sarqsyan qəflətən ayağa qalxıb, "bu şantajdır" deyərək, otağı tərk edib. Az sonra müxalifətə divan tutulmasına başlanılıb…

Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)
Teqlər:
Nikol Paşinyan, toqquşma, Ermənistan, müxalifət, həbs

Əsas mövzular