15:59 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Mühərrik yerində gizlədilmiş dana

İnsanlığa sığmayan olay: Heyvanları avtomobilin mühərrik yerinə soxdu...

© Photo: Türkiyə Gömrük və Ticarət Nazirliyinin mətbuat xidməti
DÜNYA
Qısa URL
306 0 0

Avtomobili idarə edən şəxs saxlanılıb və haqqında cinayət işi başlanıb

BAKI, 22 aprel — Sputnik. Türkiyədə qəribə hadisə baş verib. Gömrük işçiləri özünü şübhəli aparan sürücünün avtomobilini yoxlayan zaman şoka düşüblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, gömrükçülər Gürcüstandan Türkiyəyə keçmək istəyən S.B adlı şəxsin avtomobilinin mühərrik olan hissəsindən səs gəldiyi və orada nəyinsə hərəkət etdiyini görürlər. Həmin hissəni açan gömrük işçiləri burada ayaqları bağlanmış iki dana tapıblar.

Danalar orada uzun müddət qaldıqları üçün nəfəs almaqları da çətinləşib.

Avtomobili idarə edən şəxs saxlanılıb. Ona qarşı qaçaqmalçılıq və heyvanlarla qəddar davranış maddələrilə cinayət işi başlanıb.

Teqlər:
qəddarlıq, mühərrik, heyvan, avtomobil

Əsas mövzular