14:00 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
DÜNYA
Qısa URL
122 0 0

Bu tip oturacaqlar təyyarədə "ultrayüksək sıxlıq" üçün nəzərdə tutulub və sıralar arasındakı məsafəni azaltmağa imkan verəcək

BAKI, 18 aprel — Sputnik. İtaliyanın oturacaq istehsalçı şirkəti olan “Aviointeriors” təyyarələrdə yerlərə 20 faiz qənaət etmək məqsədilə ayaqüstü yerlərin dizaynını hazırlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni Skyrider 2.0 modeli Almaniyanın Hamburq şəhərində keçirilən “Aircraft Interiors Expo 2018” forumunda təqdim edilib. İstehsalçıya görə, bu tip oturacaqlar təyyarədə "ultrayüksək sıxlıq" üçün nəzərdə tutulub və sıralar arasındakı məsafəni azaltmağa imkan verəcək.

Orijinal Skyrider dizaynı yəhərə bənzəyir və ilk dəfə 2010-cu ildə düşünülüb. Amma o zaman ABŞ Federal Aviasiya İdarəsi bu fikri rədd edib. Ancaq “Aviointeriors” nümayəndəsi kovboyların narahatlıq hiss etmədən saatlarla bu vəziyyətdə oturduqlarını bildirib. Beləliklə, qısa uçuşlar üçün ideal kürsülər hazırlanıb və onların tətbiqi hava yollarının gəlirlərini artıracaq.

Skirider 2.0 oturacaqların sırası bir-birinə şaquli bəndlərlə bağlanıb. Ayaqüstü yerlərin təkmilləşdirilmiş versiyası əlavə yumşaq döşəməyə malikdir.

Qeyd edək ki, Kolumbiyanın azbüdcəli aviaşirkəti olan “Viva Colombia” rəhbərliyi 2017-ci ilin iyulunda təyyarələrin salonuna daha çox sərnişin yerləşdirə bilmək üçün oturacaqların şaquli qoyulması üzərində düşündüyünü açıqlayıb: "Biz təyyarə ilə səyahət xərclərini azaltmaq üçün bütün üsullarla maraqlanırıq".

Teqlər:
ayaqüstü, oturacaq, təyyarə

Əsas mövzular