23:39 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
70 0 0

Bu astreoid 2008-ci ildə Sudanda Nubiya səhrasına düşüb

BAKI, 20 aprel — Sputnik. İsveçrə, Fransa və Almaniyadan olan beynəlxalq astronomlar qrupu al-Mahata al-Sitta metereotindən götürülmüş almazları öyrənib və qərara gəlib ki, vaxtilə Günəş sistemində Merkuri və ya Mars ölçüsündə olan bir planet də olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, almaz kristalları olan meteorit 2008 TS3 asteroidinin bir parçasıdır.

Bu astreoid 2008-ci ildə Sudanda Nubiya səhrasına düşmüşdü. Bu astreoid ureilit-meteoritlərə aiddir. Bundan əlavə, onda qrafit və almaz şəklində yüksək miqdarda maddə tapılıb.

Alimlər hesab edirlər ki, al-Mahat əl-Sittada olan almazların formalaşması üçün 20-dən çox giqapaskal təzyiq lazımdır. Bu da onu göstərir ki, kristallar Yer üzündə toqquşma nəticəsində yaranmayıb, səma təbəqəsində əmələ gəlib.

Ehtimal edilir ki, bu cisim planetin "embrionu" dur. Əgər protoplanet Merkuridən kiçik olmasaydı, almazlar onun mərkəzində yaranardı.

Əgər proplanet Mars boyda olsaydı, kristallar əsas mantiya sərhədində yaranardı. Alimlərin fikrincə, tədqiqatın nəticələri günəş sistemində nə vaxtsa əlavə bir planetin də mövcudluğunun ilk sübutudur.

Əlaqədar

"Bizim Planet"də 11 aprel prezident seçkiləri müzakirə edilib
Bizim Planet: Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi
Qalaktikamızdan kənar 95 planet kəşf olundu
Planetin bir hissəsi donur, digər tərəfdə isə...

Əsas mövzular