22:53 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Nikol Paşinyan və Valeriy Osipyan

Yerevan meriyası mühasirəyə alındı

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
Ermənistanda etiraz aksiyaları (35)
31 0 0

Meriyanın pilləkənlərində oturan mitinq iştirakçıları “Taron, çıx” və “Biabırçılıq” şüarları səsləndiriblər

BAKI, 18 aprel — Sputnik. Yerevanda etiraz aksiyası iştirakçıları meriyanın binasını mühasirəyə alıblar.

Sputnik Ermənistan-ın xəbərinə görə, “Mənim addımım” hərəkatının lideri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Qriqor Lusavoriç küçəsini bağlayıblar.

Meriyanın qarşısında onlarla polis əməkdaşı var. Polis rəisinin müavini Valeriy Osipyan nümayişçilərin meriya qarşısında nə qədər dayanacaqlarını, növbəti addımlarının nə olacağını öyrənməyə çalışsa da, cavab almayıb.

Meriyanın pilləkənlərində oturan mitinq iştirakçıları “Taron, çıx” və “Biabırçılıq” şüarları səsləndiriblər.

Paşinyanın tərəfdarları aksiyaya saat 10-da başlayıblar. Onlar Fransa Meydanından Baqramyan prospektinə, oradan isə mərkəzi küçələrdən keçərək meriya qarşısına toplaşıblar.

Nümayişçilər bu gün saat 19:00-da Respublika Meydanına yığışacaqlar.

Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)
Teqlər:
mühasirə, Yerevan, meriya, aksiya

Əsas mövzular