14:51 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: "5 milyon insanı qətlə yetirənlər bizə dərs keçir"

© Foto : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS
DÜNYA
Qısa URL
68 0 0

“Ən dəhşətli qətliamları həmin Qərb ölkələri həyata keçiriblər, indi bizə ağıl öyrədirlər”

BAKI, 16 aprel — Sputnik. "İslam dünyasının müəyyən yerlərində ayrı-seçkiliyi amansız şəkildə yaşayırıq. Öldürən də, ölən də Allah deyir. Ölən də, öldürən də Allah üçün deyir. Bunu anlamaq mümkün deyil".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqlarının toplantısında bildirib.

Ərdoğan deyib ki, bu işi düzəltmək lazımdır: "Müsəlmanlar arasında ziddiyyətlərin, münaqişələrin, hətta döyüşlərin olması təəssüf ki, qaçılmaz hala gəlir. Bunu siyasətdə də yaşayırıq. Bundan qurtula bilmirik. Dinimiz İslam, sülh dinidir. Müsəlman ətrafına inam aşılayan insandır. Bizlər harada oluruqsa-olaq fəal bir mövqe nümayiş etdirməyimiz lazımdır. Öz aramızdakı münaqişələri müsəlman olaraq özümüz həll etmirik. İslamın xaricində olanlar həll edir. Onlara qalanda məhz bombalar yağmağa başlayır".

Ərdoğan bildirib ki, İŞİD, "Boko Haram" kimi terror təşkilatları İslam dünyasına zərər vurur: "Bizə deyirlər ki, bəs islamın barış dini olduğunu deyirdiniz, onlar islam adı ilə insanları öldürürlər. Bir çox Qərb ölkəsi də daxili problemlərini pərdələmək üçün bu yanğına benzin tökürlər. Ən dəhşətli qətliamları həmin Qərb ölkələri həyata keçiriblər, indi bizə ağıl öyrədirlər. Keçən dəfə onlardan birinə dedim ki, siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirdiniz, indi Suriya ilə bağlı bizə dərs verirsiniz. Ruandada, başqa yerlərdə də belə qətliamlar törədiblər, buna görə cavab veriblər?"

O deyib ki, Qərb ölkələri bir sıra ölkələrdə müsəlman azlıqlara qarşı etnik təmizləmə aparıldığını görmürlər.

Teqlər:
qətliam, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müsəlman, İslam, bəyanat

Əsas mövzular