06:14 26 Aprel 2018
Canlı yayım
Serj Sarqsyan

Yerevanda etirazları daha da qızışdıracaq qərar qəbul olundu

© Sputnik / Aleksey Druzhinin
DÜNYA
Qısa URL
1496 0 0

Baş nazir seçkiləri aprelin 17-də Ermənistan Milli Məclisinin iclasında keçiriləcək

BAKI, 16 aprel — Sputnik. Ermənistanın eks-prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Sputnik Ermənistan xəbər verir ki, Sarqsyanın namizədliyi bu gün parlamentin hakim Respublika Partiyası fraksiyası və koalisiya ortağı "Daşnaksütyun" tərəfindən verilib.

Sarqsyanın namizədliyi polis qüvvələri və etiraz aksiyasının iştirakçıları tərəfindən yolları qapadılmış parlamentin iclasında irəli sürülüb. Baş nazir seçkiləri aprelin 17-də Ermənistan Milli Məclisinin iclasında keçiriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Yerevanda Sarqsyanın baş nazir postuna namizədliyinin irəlü sürülməsinə etiraz edən minlərlə insan küçələrə axışıb. Çoxminlik etiraz aksiyası müxalifətçi "Yelk" fraksiyasının lideri Nikol Paşinyanın təşəbbüsü ilə 3 gün əvvəl Ermənistanda başlayan "Mənim addımım" piyada aksiyasının davamıdır.

Son bir neçə gündə Paşinyan və onun tərəfdarları 200 kilometrdən artıq piyada yol qət edərək aksiya keçirirlər. Onların akisiyası Gümrü, Vanadzor, Spitak, Dilican, Abobyan və Razdan rayonlarını əhatə edib. Sonra onlar Yerevanda küçələrə çıxaraq avtomobillərin hərəkət etdiyi yolları bağlayıblar.

Nikol Paşinyan "Vətəndaşlıq borcu" partiyasının lideri, 2012-ci ildən Ermənistan parlamentinin deputatıdır. "Aykakan jamanak" qəzetinin baş redaktoru olub. Hər zaman müxalifət mövqeyində olan Paşinyan 2008-ci ildə Ermənistanın lk prezidenti Levon Ter-Petrosyanla birləşərək onun seçki kampaniyasında və 1 mart hadisələrində (100 minlik kütləvi aksiya) iştirak edib. Nəticədə onun haqqında axtarış elan edilib və o, bir il sonra polisə təslim olub.

2010-cu ildə Paşinyan kütləvi iğtişaşların təşkilinə görə, 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2011-ci ildə amnistiyaya düşüb. Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin siyahısından parlamentə üzv seçilib. Hazırda parlamentin müxalifətçi "Yelk" blokuna rəhbərlik edir.

Əlaqədar

Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər
Azərbaycan, Rusiya və Ermənistan: Regionumuz seçkidən sonra
Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO
Teqlər:
Serj Sarqsyan, eks-prezident, etiraz, Ermənistan, parlament, müxalifət, baş nazir, aksiya, namizəd

Əsas mövzular