23:34 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Silah

Valideyn övladının sinifini dəyişən direktoru güllələdi

CC0 / WolfBlur / pistol
DÜNYA
Qısa URL
539 0 0

Bu hadisə ilə əlaqədar məktəbdə tətil elan edilib

BAKI, 11 aprel — Sputnik. Türkiyənin Bursa şəhərində qəribə hadisə baş verib. Belə ki, polis əməkdaşı olan kişi övladının sinifini dəyişdikləri üçün məktəbə basqın edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, o, məktəbin qadın direktoru ilə mübahisə edib. Mübahisə davaya çevrilib və valideyn İlhan Özcan xidməti silahını çıxararaq direktoru və onun köməkçisini ayağından güllələyib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlhan Özcan polis tərəfindən saxlanılıb, amma bir neçə saat sonra azadlığa buraxılıb.

Hadisə şagirdlərin gözü önündə baş verib. Bu hadisə ilə əlaqədar məktəbdə tətil elan edilib. Valideynlər hadisəni törədən polisə qarşı etiraz ediblər.

Əlaqədar

Məktəbə getmədən oxuyub yazmağı öyrəndi, 12 kitab yazdı
Şəmkir məktəbində şagirdin ölümü ilə nəticələnən faciə baş verib
Latviya məktəblərində rus dili ləğv edilir
Teqlər:
Bursa şəhəri, direktor, valideyn, övlad, məktəb, Türkiyə, polis

Əsas mövzular