13:57 19 Aprel 2018
Canlı yayım
Mikki Monroe

Amerikalı qadın özünə vuruldu və... özü ilə evləndi

© Foto : Public domain
DÜNYA
Qısa URL
60 0 0

Özünün necə gözəl olduğunu dərk edən Mikki elə özü ilə evlənmək qərarına gəlir

BAKI, 11 aprel — Sputnik. 28 yaşlı amerikalı Mikki Monro adlı qadın Mayamidə özü ilə evlənib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mikki əvvəllər çəki çoxluğu və alkoqol aludəçiliyi ilə mübarizə aparırmış. O, bədənini sevməyərək bu səbəblə özünə baxmırmış.

"O dövrdə özümdən çox narazı, əsəbi biri idim" – deyə Mikki bildirir.

Ağır depressiya və pis düşüncələrlə dolmuş enerjiyə qalib gəlmək istəyən Mikki bu düşncələri beynində necə sakitləşdirəcəyini bilmirmiş. Ancaq qadın sonunda bu düşüncələri susdurmağı bacarır.

Başladığı yoqa dərsləri zamanı hər kəsin daxilində kişi və qadına uyğun enerjinin olduğunu öyrənir. Özünün necə gözəl olduğunu dərk edən Mikki elə özü ilə evlənmək qərarına gəlir. Onun "nikah mərasimi" Mayamidəki çimərlikdə baş tutur. Ürək şəklində olan güzgüyə baxıb "həyat yoldaşına" sədaqət andı içdiyi zaman şahid olaraq üç rəfiqəsi də yanında olub.

Mikki özünə olan nifrətə qalib gələ bilib. Lakin atdığı bütün mənfi duyğuların əvəzində onda özünə hədsiz sevgi yaranıb. Onun üçün hansı hissin, nifrətin, yoxsa sevginin daha yaxşı olduğunu isə artıq demək çətindir.

Əlaqədar

Dünyanın ən yalqız quşunun inanılmaz sevgi hekayəsi - VİDEO
Dünya çempionu: "Mənə sevgi etirafları olmur"
Bu rayonda sevgi dramı: 17 yaşlı qız özünü qayadan atdı
Leyla Əliyeva: Bu axşam sevgi ilə doludur
"Yadıma gəlmir ki, hansısa əsgər kiminləsə sevgi yaşasın"

Əsas mövzular