23:49 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Seysmoqraf. Arxiv şəkli

Türkiyədə güclü zəlzələ olub

© AFP 2018 / Sam Yeh
DÜNYA
Qısa URL
220 0 0

Zəlzələ Bakı vaxtı ilə gecə saat 01:30 radələrində qeydə alınıb

BAKI, 8 aprel — Sputnik. Türkiyədə 4,7 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma mərkəzi İnstitutu zəlzələnin mərkəzinin Boluda olduğunu açıqlayıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb. Təkanlar böyük bir ərazidə hiss edilib.

Zəlzələ Bakı vaxtı ilə gecə saat 01:30 radələrində qeydə alınıb. Zəlzələdən sonra bölgədə panika yaşanıb. İnsanlar gecəni küçədə keçiriblər.

Bolu valisi Aydın Baruş açıqlama verərək, onlara hər hansı dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmadığını bildirib.

Teqlər:
panika, zəlzələ, Türkiyə

Əsas mövzular