16:28 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Bakı sakinləri

MDB-nin ən xoşbəxt ölkəsi müəyyən olundu: Bu...

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
31701

İştirakçı 156 ölkə arasında Skandinaviya ölkələri ən xoşbəxt hesab edilib

BAKI, 6 aprel — Sputnik. MDB-nin xoşbəxt hesab edilən ölkələrinin adları açıqlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Britaniya ekspertləri dünyanın ən xoşbəxt ölkələrinin reytinqini hazırlayıb. The World Happiness Report 156 ölkənin sosial vəziyyətini araşdırıb, onların arasında MDB ölkələri də var.

Əsas qiymətləndirmə meyarları ömrünün uzunluğu, korrupsiya səviyyəsi və sosial dəstək kimi parametrlər olub. MDB ölkələri arasında ən xoşbəxt insanların Özbəkistanda olduğu müəyyən edilib. Ümumi siyahıda bu ölkə 44-cü yerdə qərarlaşıb. 

Tacikistan isə siyahıda 80-ci yerdə olub. Qırğızıstanın da sakinləri bir qədər yaxşı yaşamağa başlayıb. Belə ki, siyahının 92-ci yerini bu ölkə tutub.

Qazaxıstan 60-cı yerdədir. Azərbaycan, Belarus, Ermənistan və Moldovanın isə 2018-ci ildə reytinqi aşağı düşüb. Belə ki, Ermənistan 121-ci yerdən 129-a, Azərbaycan 85-dən 87-yə, Belarus 67-dən 73-ə, Moldova 56-dan 67–yə düşüb.

Rusiya isə 59–cu yerdədir.

Ukraynalılar isə bir qədər bədbəxt imişlər. Belə ki, onlar 6 xal itirərək 138–ci yerdə qərarlaşıblar.

Qeyd etmək lazımdır ki, iştirakçı 156 ölkə arasında Skandinaviya ölkələri ən xoşbəxt hesab edilib.

Retinqin lideri Finlandiya olub. Ondan sonrakı yerdə isə Norveç, Danimarka və İslandiya qərarlaşıb. Xoşbəxtlər onluğuna İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya da daxildir.

Əlaqədar

Ölkənin ən xoşbəxt bölgələri bilindi
Sona Vəliyeva: “Cavid xoşbəxt sənətkardır”
Bir anda 5 milyard dollar qazanmış xoşbəxt kimdir?
Nömrəni səhv yığdı, xoşbəxt oldu

Əsas mövzular