19:46 17 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Polis araşdırması

"Skripal işi"ndə yeni faktlar: Şübhəli kişi və sübut olunmayan “Noviçok”

© AP Photo / Matt Dunham
DÜNYA
Qısa URL
33 0 0

London hadisədə Moskvanı günahkar bilsə də, Rusiya bunu inkar edir

BAKI, 5 aprel — Sputnik. "Skripal işi"ndə yeni şübhəli şəxs ortaya çıxıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Britaniya xüsusi xidmət orqanları keçmiş agent Sergey Skripal və onun qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən Rusiya vətəndaşı ilə maraqlanmağa başlayıb.

Həmin şəxs martın 3-də London Hitrou hava limanına qadınla gəlib. Bir neçə saatdan sonra kişi Moskvaya qayıdıb. O, "Aeroflot" aviakompaniyasının xidmətindən yararlanıb. Məlumata görə, kişi şübhəli görünməsə də, onun davranışı sual yaradıb.

Xatırladaq ki, Skripal və qızı martın 4-də huşsuz vəziyyətdə tapılıb. London hesab edir ki, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Ancaq bunun necə baş verdiyi hələ müəyyən edilməyib.

London hadisədə Moskvanı günahkar bilsə də, Rusiya bunu inkar edir. Birləşmiş Krallıqda baş verənlərə görə, dünyanın 30-a yaxın ölkəsi rus diplomatları  qovub. Moskva buna qarşılıq verərək, həmin ölkələrin diplomatlarını “arzuedilməz şəxs” elan edib.

Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər ümumiyyətlə bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməyib.

Teqlər:
Skripal işi, şübhəli, zəhərlənmə, cinayət işi

Əsas mövzular