02:46 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
80 0 0

Səssizliyini qoruyan müğənni gülümsəməklə kifayətlənib

BAKI, 26 mart — Sputnik. Türkiyəli tanınmış müğənni Ebru Gündeş dünən gecə İstanbuldakı restoranlardan birindən çıxarkən görüntülənib.

Meneceri Sedef Arım ilə şam edən müğənni 4 saat sonra məkanı tərk edib. Elə bu ərəfədə maqazin jurnalistləri ifaçıya yaxınlaşaraq ona suallar veriblər.

Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, Ebru Gündeş hazırda Amerikada həbsdə olan azərbaycanlı əri Rza Zərrabla bağlı verilən sualları cavablandırmayıb. Səssizliyini qoruyan müğənni gülümsəməklə kifayətlənib. O daha sonra avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Teqlər:
Ebru Gündeş, Rza Zərrab, İstanbul, sual

Əsas mövzular