04:43 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
1774 0 0

Yol uzun müddət nəqliyyatın hərəkəti üçün bağlanıb

BAKI, 26 mart — Sputnik. Türkiyənin Kayseri şəhərində təcili yardım maşını avtobusla toqquşub.

Altı nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerli vaxtla 23:20-də şəhər ətrafındakı magistral yolda baş verib. Yol uzun müddət nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, çoxlu sayda polis və xilasedici dəstələr əraziyə gəliblər. Nəhayət 4 saat ərzində yol təmizlənəndən sonra avtomobillərin gediş-gelişi bərpa edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölənlərin hamısı "Mercedes" avtomobilində olanlardır. Onlardan 4-ü bir ailənin üzvüdür, ikisi isə yaxın qohumlarıdır.

Teqlər:
qəza, Türkiyə, toqquşma, ölüm

Əsas mövzular