16:28 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Donald Tramp

Tramp "müharibə" siqnalı verdi: Rusiyalı diplomatlar qovula bilər

© AFP 2018 / NICHOLAS KAMM
DÜNYA
Qısa URL
159 0 0

Onun artıq müşavirləri ilə məsləhətləşdiyi, lakin yekun qərar qəbul etmədiyi vurğulanır

BAKI, 24 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər yayıb.

Trampın bu addımı Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və qızının Britaniyada zəhərlənməsinə cavab olaraq atmaq istədiyi bildirilir. Onun artıq müşavirləri ilə məsləhətləşdiyi, lakin yekun qərar qəbul etmədiyi vurğulanır. İddiaya görə, o, avropalı müttəfiqlərinin də analoji addım atacaqlarına əmin olmaq istəyir.

Digər məlumatlara görə, D.Tramp müvafiq bəyanatla martın 26-da çıxış etmək niyyətindədir. 

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının bir sıra üzv dövlətləri də öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı nəzərdən keçirirlər.

Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı "Noviçok" tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb və Rusiyanı ittiham edib. Bundan sonra 23 Rusiya diplomatı ölkədən çıxarılıb və siyasi təmasları dayandırıb.

Rusiya ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Amma rəsmi Moskva Londonun addımını cavabsız qoymayıb və analoji addım ataraq 23 Britaniya diplomatını "arzuolunmaz şəxs" elan edib.

Teqlər:
Rusiya, diplomat, ABŞ prezidenti Donald Tramp

Əsas mövzular