04:06 19 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Rusiya bayrağı

Daha iki ölkə Rusiya ilə diplomatik "müharibəyə" başladı

© Sputnik / Vladimir Vyatkin
DÜNYA
Qısa URL
397 0 0

Latviya və Çexiya da qalmaqalda tərəf olmaq qərarına gəlib

BAKI, 24 mart — Sputnik. Latviya və Çexiya da rus diplomatların ölkələrindən çıxarılacağını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Böyük Britaniyanın rus diplomatları deportasiya qərarının ardından Latviya da Skripal qalmaqalı ilə bağlı rus diplomatların ölkədən çıxarılacağını açıqlayıb.

Digər tərəfdən Çexiyanın baş naziri Andrej Babis də ölkəsinin böyük ehtimalla rus diplomatları deportasiya edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızının Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsindən sonra 23 rus diplomat bu ölkədən deportasiya edilmişdi. Böyük Britaniya ilə Rusiya arasında yaşanan casus böhranının ardından iki ölkə qarşılıqlı olaraq bir-birinin diplomatları haqqında deportasiya qərarı verib, Avropa İttifaqı isə Rusiyadakı səfirini geri çəkib.

Teqlər:
qalmaqal, diplomat, Çexiya, Latviya

Əsas mövzular