03:18 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Teleqüllə partladıldı

Rusiyada 220 metrlik qüllə yerlə bir edildi - VİDEO

© Sputnik / Pavel Lisitsyn
DÜNYA
Qısa URL
17400

Texniki işçilər insanlara 2 dəfə xəbərdarlıq edəndən sonra şəhərdəki ən hündür tikilini partladıblar

BAKI, 24 mart — Sputnik. Rusiyanın Yekaterinburq şəhərində tikintisi yarımçıq saxlanılmış 220 metrlik teleqüllə partladılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, texniki işçilər insanlara 2 dəfə xəbərdarlıq edəndən sonra şəhərdəki ən hündür tikilini partladıblar. Şahidlər isə çəkdikləri videoları YouTube-də yerləşdiriblər.

Şəhər sakinləri qüllənin dağıdılmasına etiraz edərək, onu şəhərin əfsanəsi adlandırıblar. Hətta bununla bağlı referendum keçirilməsi tələbləri də olub, bəziləri isə prezident Vladimir Putinə də müraciət ediblər.

Amma etirazlar nəticə verməyib. Gözlənildiyinə görə, qüllənin yerində "Avtomobilist" hokkey klubu üçün buz sarayı tikiləcək.

Teleqülləni 1983-cü ildə "8 Mart" küçəsində tikməyə başlayıblar. Bu qüllədən ötürülən siqnal bütün Sverdlovsk vilayətini əhatə etməliymiş. Amma 1991-ci ildə maliyyə çətinliyi səbəbindən tikinti dondurulub.

Teqlər:
teleqüllə, partlayış, Rusiya

Əsas mövzular