02:50 22 Aprel 2018
Canlı yayım
Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon

Separatçı liderin həbsinə beynəlxalq order verildi

© REUTERS / Eric Vidal
DÜNYA
Qısa URL
157 0 0

İspaniya məhkəməsinin qərarından sonra Kataloniya şəhərlərində, ilk növbədə Barselonada aksiyalar başlayıb

BAKI, 24 mart — Sputnik. İspaniya Ali Məhkəməsi Kataloniya jeneralitetinin keçmiş lideri Karlos Puçdemon və bir sıra siyasətçilərin həbsi üçün beynəlxalq order verib.

Sputnik Azərbaycan "El Pais"ə istinadla xəbər verir ki, barəsində həbs qərarı çıxarılan şəxslər Avropanın müxtəlif şəhərlərində gizlənirlər. Karlos Puçdemon Belçikadadır. Jeneralitetin keçmiş müşavirləri Toni Komina, Meriçel Serret, Luis Puç da Belçikada gizlənirlər. Kataloniya hökumətinin təhsil üzrə keçmiş müşaviri Klara Ponsati isə Böyük Britaniyadadır.

Bunsan əlavə, "Kataloniya Sol Respublikaçıları"nını baş katibi Marta Roviranın da barəsində həbs qərarı çıxarılıb. O, məhkəmənin çağırışına gəlməyərək, ölkəni tərk edib və İsveçrəyə yollanıb. Adları çəkilən şəxslərin hamısı ölkənin Konstitusiya quruluşunu pozmağa cəhddə, üsyan qaldırmaqda ittiham edilirlər. Bu əmələ görə, onları 30 ilədək həbs cəzası gözləyir.

İspaniya məhkəməsinin qərarından sonra Kataloniya şəhərlərində, ilk növbədə Barselonada aksiyalar başlayıb. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində 25 nəfər yaralanıb.

Teqlər:
Puçdemon, həbs, məhkəmə, İspaniya

Əsas mövzular