Afrində terrorçuların məbədi məhv edildi

© REUTERS / Khalil AshawiAfrinin mərkəzində kürd mifologiyasının qəhrəmanı olan Kavənin yıxılmış heykəli
Afrinin mərkəzində kürd mifologiyasının qəhrəmanı olan Kavənin yıxılmış heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
ASO əsgərləri Afrinin mərkəzinə çətinlik çəkmədən giriblər və kürd mifologiyasının qəhrəmanı olan Kavənin (Kawa) heykəlini yıxıblar.

BAKI, 18 mart — Sputnik. Ən son məlumatlara görə, ASO əsgərləri Afrinin mərkəzinə çətinlik çəkmədən giriblər və kürd mifologiyasının qəhrəmanı olan Kavənin (Kawa) heykəlini yıxıblar.

Türkiyə mediası Türkiyə Silahlı Qüvvələrinin və onun müttəfiqi Azad Suriya Ordusunun "Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün səhər saatlarında Suriyanın Afrin şəhərinin mərkəzinə daxil olduğunu, ASO-nun şəhərin mərkəzindəki Kavə heykəlini yıxdığını xəbər verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, ASO-nun qüvvələri bəzi yerlərdə döyüşə girsələr də, çox da güclü müqavimətlə rastlaşmayıblar. Afrinin nəzarətə götürüldüyünü şəhər meydanında atəş açaraq qeyd edən ASO qüvvələri, buradakı Kavə heykəlini əvvəlcə gülləbaran ediblər, sonra isə buldozerlə yıxıblar. 

Türk ordusu Afrində. 18 mart 2018-ci il - Sputnik Azərbaycan
Türk ordusu Afrinin mərkəzində — VİDEO / FOTO

Qeyd edək ki, Firdovsinin "Şahnamə"sinə görə, Zöhhaka qədər insanlar ət yemək nədir, bilməzdilər. İlk dəfə bunu Zöhhak edir. Şeytan öz növbəsində bunu bəyənir, Zöhhakı təqdir edərək hər iki çiynindən öpür. Ordan iki əfi ilan doğur və bu ilanlar yemək üçün hər gün özlərinə təzə-təzə körpələr, çağalar tələb edirlər. Dəmirçi Kavə isə axırda buna son qoyur. Önlüyünü bayraq edib xalqı Zöhhaka qarşı üsyana qaldırır. Xalq körpələrin, çağaların soyqırımına nöqtə qoyaraq Zöhhakı qətlə yetirir.

Kürdlər Firdovsinin qəhrəmanını öz milli qəhrəmanları hesab edirlər. Onlar Novruz bayramının köklərinin fars mifologiyasındakı Dəmirçi Kavəyə gedib çıxdığına inanırlar. Kürd mifologiyasına görə, Dəmirçi Kavə 2500 il əvvəl Zöhhak adlı çox zalım Assuriya hökmdarının hakimiyyəti altında yaşayırmış.

© REUTERS / Khalil AshawiAfrinin mərkəzində kürd mifologiyasının qəhrəmanı olan Kavənin heykəlinin yıxılması
Afrinin mərkəzində kürd mifologiyasının qəhrəmanı olan Kavənin heykəlinin yıxılması - Sputnik Azərbaycan
Afrinin mərkəzində kürd mifologiyasının qəhrəmanı olan Kavənin heykəlinin yıxılması

Bu kral baharın gəlişinə də mane olurmuş. Nəhayət, bu zülmdən bezən Armayel və Qarmayel adlı iki kişi kralın saray mətbəxinə aşbaz kimi daxil olmağı bacarır. Onlar kralın ilanlarını bəsləmək üçün öldürülərək beyni çıxarılacaq uşaqlardan sadəcə birini öldürür, digərini isə saraydan gizlicə qaçırırlar. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən toplantı zamanı, 24 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Ərdoğan Afrinin mərkəzinin nəzarət altına alındığını bəyan etdi

Beləliklə, əllərindəki insanın beyni ilə kəsdikləri qoyunların beynini qarışdıraraq ilanlara verir, bu yolla hər gün bir uşağın həyatını xilas edirlər. Bu şəxslərin kürdlərin ataları olduğuna inanılır və onların xilas etdiyi uşaqların dəmirçi Kavə tərəfindən xəlvətcə yetişdirilərək bir ordu halına gətirildiyi bildirilir. Kavənin lideri olduğu bu ordu 20 martda zalım kralın sarayına hücum edir. Kavə kralı çəkic zərbələri ilə öldürməyə nail olur. Kavə ətrafdakı bütün təpələrdə tonqallar qalayaraq ətrafı ilə birlikdə bu zəfəri qeyd edir. Beləcə, kürd xalqı zalım kraldan xilas olmuş olur və bunun səhəri yurdlarına bahar gəlir.

Kürd terrorçular Kavənin Afrindəki heykəlini özlərinin and yeri elan etdiklərindən, ASO əsgərləri onu yıxmağı özlərinə borc biliblər.

Xəbər lenti
0