09:35 26 Aprel 2018
Canlı yayım
Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz

Səudiyyə kralına şok: Qızını həbs edirlər

© AFP 2018 / FAYEZ NURELDINE
DÜNYA
Qısa URL
195 0 0

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın bacısı Həssə bin Salman, onun mühafizə xidməti üzvlərinə qarşı açılmış cinayət işi ilə əlaqədar axtarışa verilib

BAKI, 16 mart — Sputnik. Fransa məhkəməsi Səudiyyə Ərəbistanı kralı Salman əl Saudun qızının həbs olunması üçün beynəlxalq order verib.

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məhkəmə araşdırması ilə əlaqəli mənbə məlumat yayıb.

Məlumata görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bacısı Həssə bin Salman, onun mühafizə xidməti üzvlərinə qarşı açılmış cinayət işi ilə əlaqədar axtarışa verilib. 

Fransanın hüquq mühafizə orqanları şahzadənin  2016-cı ildə Parisdəki mənzilində yer almış silahlı zorakılıq, adam oğurluğu, qarət və hədə-qorxu gəlmə faktları üzrə dindirilməsini istəyir.

Teqlər:
övlad, kral, Səudiyyə Ərəbistanı, Fransa, həbs

Əsas mövzular