01:39 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov

Rusiya ABŞ-ı vurmaqla hədələdi

© Sputnik / Sergey Guneyev
DÜNYA
Qısa URL
355 0 0

ABŞ müdafiə naziri Cim Metis, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı

BAKI, 13 mart — Sputnik. “Əgər ABŞ, Suriya rejimini bombalasa, bölgədəki rus hərbi komandanlığı buna cavab verəcək”. Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

“ABŞ paytaxt Dəməşq də daxil olmaqla, Suriya ərazisini bombalayan zaman bizim hərbçilərin həyatına təhlükə yaranarsa, buna cavab veriləcək".

Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.

Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Cim Metis (Jimm Mattis), kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı.

Teqlər:
Suriya, hədə, Rusiya, ABŞ

Əsas mövzular