Bu evdə olan əşyalar hərəkət etməyə başladı

CC0 / Herm / Dark Qaranlıq otaq
Qaranlıq otaq - Sputnik Azərbaycan
Abunə olmaq
Masanın üzərində olan kağızlar və qələmlər hərəkət edərək yerə tökülüb

BAKI, 26 fevral — Sputnik. Sosial şəbəkələrdə yayılan poltergeyst görüntüləri hamı tərəfindən heyrətlə qarşılanıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, balaca qız otaqda oyuncaqları ilə oynayan zaman otağın digər küncündə olan gəlincik hərəkət etməyə başlayıb. Gəlincik başını öncə irəli və geriyə, sonra isə sola və sağa çevirib. Bu görüntülər evdə olan kameralarla qeydə alınıb.

Sonra baş verənlər daha qorxunc olub. Belə ki, digər otaqda rəsm çəkən qız birdən masanın üzərində olan kağızların tərpəndiyini görüb. Balaca uşaq qorxaraq digər otağa qaçıb. Bu zaman masanın üzərində olan kağızlar və qələmlər hərəkət edərək yerə tökülüb.

 

Xəbər lenti
0