16:06 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
542 0 0

Rusiyanın Su-57 qırıcı təyyarələri Türkiyəyə yaxın sərhəddə – Suriyanın Hmeymim aviabazasında görünüb

BAKI, 24 fevral — Sputnik. Rusiyanı yeni, 5-ci nəsil Su-57 qırıcı təyyarələri Suriyadakı Hmeymim aviabazasına uçub.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbə bunun ABŞ-ın qırıcı təyyarələrinin Suriyada həyata keçirdikləri uçuşlara cavab olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, qırıcı təyyarələrin real döyüş şəraitində sınaqdan keçirilməsi tapşırığı da var.

"Eksport voorujeniy" ("Silahların ixracı") jurnalının baş redaktoru Andrey Frolov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Rusiya Müdafiə Nazirliyi həqiqətən də sınaq mərhələsindəki bütün yeni məhsullarını Suriyada sınaqdan keçirir. Frolov bunun rus məhsulları üçün yaxşı reklam olduğunu da qeyd edib.

Teqlər:
Hmeymim hərbi bazası, təyyarə, Suriya, Rusiya

Əsas mövzular