Antiterror əməliyyatında onlarla terrorçu öldürülüb

© AFP 2023 / MOHAMED EL-SHERBENYMisirdə hərbçilər, arxiv şəkli
Misirdə hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
71 nəfər terrorçu məhv edilib, 5 nəfər həbs edilib

BAKI, 23 fevral — Sputnik. Misirdə antiterror əməliyyatı zamanı 71 ekstremist məhv edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Misir ordusu şimalda və Sinay yarımadasının mərkəzi hissəsində 71 ekstremisti məhv edib.

Bu barədə ordunun sözçüsü Tamer Rifai məlumat verib. Rifainin sözlərinə görə, fevarlın 9-na qədər davam edən əməliyyatlarda hərbi təyyarələr 158 terrorla əlaqəli hədəfə zərbə endirib, 413 obyekt artilleriya tərəfindən vurulub:

"71 nəfər terrorçu məhv edilib, 5 nəfər həbs edilib".

Hərbçi qeyd edib ki, bu günlər ərzində 7 hərbçi həlak olub və 6 nəfər yaralanıb.

Xəbər lenti
0